6 fevral 2026. Cümə

Lautaro Martinez ölkəsinə dəstək oldu

Lautaro Martinez doğma şəhərinə dəstək oldu


  • Offside
  • 09:19 18.12.2023
  • Oxunma sayı: 121
Lautaro Martinez ölkəsinə dəstək oldu

Ötən gecə İtaliya A Seriyasının 16-cı turunda keçirilən "Latsio" - "İnter" matçında maraqlı hadisə yaşanıb.

90deqiqe.az xəbər verir ki, görüşdə hesabı açan "neradzurri"li forvard Lautaro Martinez bir neçə gündür güclü fırtınaların şahidlik etdiyi doğma şəhəri Baia-Blankaya dəstək göstərib.

Lautaro meydana "Güclü ol Baia-Blanka" yazılı köynəklə çıxıb.

Qeyd edək ki, "İnter"in səfərdə 2 cavabsız qolla qalib gəldiyi matçda Martinez 1 qol vurmaqla yanaşı, matçın ən yaxşısı seçilib.







Offside