21 dekabr 2025. Bazar günü

Mahir Emrelinin son durumu açıqlandı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.


  • Offside
  • 14:09 18.12.2023
  • Oxunma sayı: 116
Mahir Emrelinin son durumu açıqlandı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. 90deqiqe.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu komandası Zaqreb “Dinamo”sunun növbəti oyununa qədər hazır olacaq.

Dizindəki zədə səbəbindən ölkə çempionatının XIX turunda “Hayduk”la görüşdə komandasına kömək edə bilməyən Emrelinin yeni ildən təlim-məşq toplanışına qoşulması gözlənilir. O, yanvarın 23-də “Lokomotiva” ilə keçiriləcək IV turdan təxirə salınan matçda məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatında qış fasiləsinə 34 xalla üçüncü pillədə yollanıb.







Offside