- Offside
- 22:42 25.11.2024
Argentina millisinin sabiq futbolçusu Xuan Roman Rikelme "Boka Xuniors"un prezidenti seçilib.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 45 yaşlı Rikelme prezident seçkilərində rəqibi Andres İbarraya (65,3% - 34,4%) iki dəfə çox səslə qalib gəlməyi bacarıb. Beləliklə, Rikelme 2027-ci ilə qədər Argentina klubunun prezidenti seçilib.
Bir oyunçu kimi Rikelme 1996-2002 və 2007-2014-cü illərdə "Boka Xuniors"da çıxış edib. O, 267 oyuna çıxıb, 72 qol vurub və 68 məhsuldar ötürmə edib və üç dəfə Libertadores kubokunun qalibi olub. 2001-ci ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu kimi tanınıb.
Qeyd edək ki, Rikelme son dörd il ərzində klubun vitse-prezidenti olub.