25 oktyabr 2024. Cümə

Bu tarixdə qayıdır

Yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorun meneceri Audi Attar müştərisinin oktaqona nə vaxt qayıdacağı ilə bağlı açıqlama verib.


  • Offside
  • 22:36 18.12.2023
  • Oxunma sayı: 85
Bu tarixdə qayıdır

Yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorun meneceri Audi Attar müştərisinin oktaqona nə vaxt qayıdacağı ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, o, əfsanəvi döyüşçünün gələn il iş başına qayıda biləcəyini bildirib:

“Əgər hər şey yalnız Makqreqordan asılı olsaydı, o, gələn şənbə günü döyüşərdi. Biz indi Konorun oktaqona mümkün qədər tez qayıtması üçün bütün qaydalara və prosedurlara əməl edirik. Bu nə vaxt baş verəcək? İdeal seçim UFC 300-dür (red – turnir 13 aprel 2024-cü ildə baş tutacaq). Ən çox ehtimal olunan rəqibsə Maykl Çandlerdir.

Bildiyiniz kimi, onlar “The Ultimate Fighter”da bir yerdə yarışıblar. Buna görə də UFC rəhbərliyi və azarkeşləri bu xüsusi döyüşü gözləyirlər. Bəli, başqa adlar da hallanır. Ancaq bu gündən etibarən UFC Çandler ilə maraqlanır. Sizin üçün başqa məlumat verə bilmirəm”.

Qeyd edək ki, Makqreqor sonuncu döyüşünü 2021-ci ilin iyulunda keçirib və Dastin Puaryeyə uduzub. İlk raundda irlandiyalı ayağını sındırıb, bundan sonra mübarizəni dayandırıb.







Offside