- Offside
- 22:42 25.11.2024
“Valensiya” və “Korintians” klublarının keçmiş futbolçusu Marselinyo Karioka Braziliyada konsert zamanı qaçırılıb.
90deqiqe.az xəbər verir ki, bu barədə Braziliyanın SCCP nəşri keçmiş futbolçunun vəkilinin sözlərinə istinadən “X” (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
O, oğurluğun dünən, dekabrın 17-də konsert zamanı Karioka bir qadınla tanış olduqdan sonra baş verdiyini bildirib. Hazırda cinayətkarların Marselinyonun azadlığa buraxılması üçün təxminən 90 min Braziliya realı (təxminən 17 min avro) tələb etdiyini də əlavə edib.
Marselinyo Karioka 2010-cu ildə peşəkar karyerasını bitirib. O, “Flamenqo”, “Korintians”, “Valensiya”, “Santos”, “Vasko da Qama”, “Ayacco” kimi klublarda çıxış edib.
Karioka Braziliya millisinin heyətində də üç oyun keçirib və iki qol vurub.