- Offside
- 15:06 29.11.2024
Prokurorluq irqi ədavəti qızışdırmaqda təqsirləndirilən “Nitsa”nın müdafiəçisi Youssef Atal 10 aylıq şərti həbs cəzası və 45 min avro cərimə istəyib.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Əlcəzair millisinin üzvü oktyabr ayında İsrail və Fələstin arasında münaqişənin fonunda sosial mediada yəhudiləri “qara gün” elan edən video paylaşıb.
Noyabrın 23-də isə 27 yaşlı futbolçusu həbs edilib. Atal Nitsa şəhərində baş tutan məhkəmədə bunları deyib: “Bu videonu paylaşdım, çünki bunun sülh mesajı olduğunu düşünürdüm. Təəssüf edirəm ki, axıra kimi baxmadam paylaşmışam. Mən sadəcə futbolçuyam və siyasətə qarışmaq niyyətində deyiləm”.
Qeyd edək ki, Nitsa Cinayət Məhkəməsi Atalın işi ilə bağlı 2024-cü il yanvarın 3-də qərar verəcək.