- Offside
- 22:42 25.11.2024
“Fluminense” klublararası dünya çempionatının yarımfinal matçında Misirin “Əl-Əhli” klubuna 2:0 hesabı ilə qalib gələrək yarışın ilk finalıçısı olub.
90deqiqe.az xəbər verir ki, bununla adıçəkilən klubunun müdafiəçisi Marselo karyerasında 5-ci dəfə sözügedən turnirin həlledici oyununda iştirak edəcək.
35 yaşlı oyunçu 15 il (2007-2022) formasını geyindiyi “Real”la dörd dəfə klublararası dünya çempionatında iştirak edib və hər birində turnirin qalibi olub.
Futbolçunun Braziliya klubu ilə müqaviləsi 2024-cü ilin sonuna qədər qüvvədədir.
“Sambaçı” bu mövsüm “Fluminense”nin heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.