25 oktyabr 2024. Cümə

Oğurlanan tanınmış futbolçunu azad etdilər

“Valensiya” və “Korintians” klublarının keçmiş futbolçusu Marselinyo Karioka mülki polis tərəfindən azad edilərək sərbəst buraxılıb.


  • Offside
  • 15:28 19.12.2023
  • Oxunma sayı: 126
Oğurlanan tanınmış futbolçunu azad etdilər

“Valensiya” və “Korintians” klublarının keçmiş futbolçusu Marselinyo Karioka mülki polis tərəfindən azad edilərək sərbəst buraxılıb.

90deqiqe.az xəbər verir ki, dekabrın 17-də konsert zamanı Karioka bir qadınla tanış olduqdan sonra baş vermişdi. Sonra onun avtomobili hadisə yerindən 25 km aralıda tapılıb. Cinayətkarlar bundan sonra onun ailəsi ilə əlaqə saxlayaraq futbolçunun sərbəst buraxılması üçün 90 min Braziliya realı (18 min dollar) tələb ediblər.

Bu işlə əlaqədar bir nəfər şübhəli həbs edilib. Karioka sosial şəbəkələrdə yayımlanan videomüraciətində konsertdə münasibət qurduğu qadının yoldaşının adam oğurluğunda cinayətkərlarla birlikdə işlədiyini bildirib.

Hazırda 52 yaşı olan Karioka 2010-cu ildə peşəkar karyerasını bitirib. O, “Flamenqo”, “Korintians”, “Valensiya”, “Santos”, “Vasko da Qama”, “Ayacco” kimi klublarda çıxış edib.

Karioka Braziliya millisinin heyətində də üç oyun keçirib və iki qol vurub.







Offside