- Offside
- 22:42 25.11.2024
“Australian Open 2023”-ün qalibi, dünyanın ikinci raketkası, belaruslu tennisçi Arina Sobolenko məşqlə bağlı paylaşım edib.
90deqiqe.az xəbər verir ki, tennisçi sosial şəbəkələrdə yayımladığı videoda çimərlikdəki gərgin məşqindən görüntüləri izləyiciləri ilə bölüşüb.
O, paylaşdığı videoyaya “Çimərlik günü” yazıb.
Tennisçi 2023-cü il mövsümünü Kankunda (Meksika) keçirilən WTA turnirində başa vurub. O, bir qədər çətinliklə qrupdan çıxsa da, yarımfinalda polşalı İqa Sviatekə 3:6, 2:6 hesabı ilə uduzub. Bu məğlubiyyətə görə o, mövsümü WTA reytinqinin birinci pilləsində başa vura bilmədi.