- Offside
- 22:42 25.11.2024
2024-cü ilin mart ayında Batumda futbol əfsanələrinin iştirakı ilə yeni “Əfsanə seriyası” layihəsinin ilk oyunu keçiriləcək.
90deqiqe.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, görüşdə Gürcüstan millisinin sabiq ulduzları “İnter”in əfsanələri ilə üz-üzə gələcək.
Gürcüstan yığmasında Şota Arveladze, millimizin sabiq kapitanı Levan Kobiaşvili, “Mançester Siti”nin keçmiş futbolçusu Georgi Kinkladze, Gürcüstan millisinin keçmiş baş məşqçisi Temur Ketsbayanın meydana çıxacağı dəqiqləşib.
“İnter”in heyətində Luiş Fiqu, komandanın sabiq kapitanı Xavyer Zanetti, DÇ-2006-nın çempionu Marko Materatsi, argentinalı Esteban Kambiasso olacaq.