6 fevral 2026. Cümə

İlin ən yaxşı futbolçusu açıqlandı

“Goal” jurnalı 2023-cü ilin ən yaxşı 50 futbolçusunun siyahısını açıqlayıb.


  • Offside
  • 18:28 20.12.2023
  • Oxunma sayı: 219
İlin ən yaxşı futbolçusu açıqlandı

“Goal” jurnalı 2023-cü ilin ən yaxşı 50 futbolçusunun siyahısını açıqlayıb.

90deqiqe.az xəbər verir ki, “İnter Mayami”nin üzvü Lionel Messi cari ilin ən yaxşı futbolçusu seçilib. Argentinalı futbolçu cari ildə “Qızıl top”u qazanıb. Argentinalı MLS-ə keçdikdən sonra klubunda 14 oyun keçirib, 11 qol və 5 məhsuldar ötürməyə imza atıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland siyahıda ikincidir. 2023-cü ildə Vikinq bir sıra fərdi rekordları imzatmaqla yanaşı, klub səviyyəsində bütün ən vacib kubokları – Premyer Liqa, ölkə kuboku və Çempionlar Liqasını qazanıb.

Üçüncü sırada “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem qərarlaşıb. İngilis futbolçu 2022/23 mövsümündə “Borussia Dortmund”la çempionluğu son turda itirib. Yayda Madrid klubuna keçdikdən sonra Bellinqhem daha da yaxşı çıxış etməyə başlayıb. Bunu hətta statistika da sübut edir: 20 matçda 17 qol və 5 məhsuldar ötürmə.

Maraqlıdır ki, Lionel Messinin əzəli rəqibi Kriştiano Ronaldo reytinqin ilk 50-liyinə belə düşə bilməyib.







Offside