- Offside
- 20:59 06.02.2026
UFC döyüşçüsü Umar Nurməhəmmədov sosial şəbəkələrdə bir neçə rezonans doğuran paylaşımlar edib.
90deqiqe.az xəbər verir ki, 27 yaşlı döyüş ustası zədədən sonra tam məşqlərə qayıtdığını açıqlayıb. Paylaşımında isə bunu yazıb:
“Zəhmət olmasa, kimsə mənə izah etsin ki, niyə heç kim məni döyüşə çağırmır?”
Şəbəkə istifadəçilərindən biri rusiyalının sualına belə cavab verib: “Bu oğlan (Nurməhəmmədov) oktaqondan daha tez-tez çıxır, nəinki döyüşə girir”.
Nurməhəmmədov isə buna cavab kimi belə yazıb: “Mənə nifrət etsəniz də, etiraf etməlisiniz: onların hamısı sadəcə məğlub olmaqdan qorxurlar”
Umar Nurməhəmmədov MMA-də 16 döyüşə çıxıb və hamısında qazanıb. İyulda o, çiynindən aldığı zədə səbəbindən amerikalı Kori Sandhagenlə döyüşdən imtina edib.