6 fevral 2026. Cümə

DÇ-2024: Millimiz Niderlanda məğlub oldu

Futzal üzrə DÇ-2024-ün elit mərhələsinə bu gün yekun vurulub.


  • Offside
  • 23:43 20.12.2023
  • Oxunma sayı: 170
DÇ-2024: Millimiz Niderlanda məğlub oldu

Futzal üzrə DÇ-2024-ün elit mərhələsinə bu gün yekun vurulub. 90deqiqe.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da son oyununa çıxıb.

Komandamız səfərdə Niderlandın qonağı olub. Almere şəhərində baş tutan görüşdə yığmamız 0:3 hesabı ilə məğlub olub. Bununla da millimiz 4 xalla qrupu sonuncu pillədə başa vurub.

Niderland isə 9 xalla ikinci yeri tutub və pley-offa vəsiqə qazanıb.

Qrupun digər görüşündə Qazaxıstan Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.

DÇ-2024-ün elit mərhələsi
A qrupu, VI tur
20 dekabr

21:30. Niderland – Azərbaycan - 3:0
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (Litva)
Almere, “Topsportsentrum Arena”







Offside