- Offside
- 23:34 21.12.2025
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’o-nu nikahdankənar münasibətdən olan 21 yaşlı qızı Enni tərəfindən məhkəməyə verilib.
90deqiqe.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Məlumatda, Enni atasının ailəni dəstəkləmək öhdəliklərini pozduğuna görə bu addımı atmaq qərarına gədiyi vurğulanıb. 13 oktyabr tarixli şikayət Milan prokurorluğunda qeyd edilib.
Sənəddə qeyd olunur ki, 2015-ci ildə qıza dəstək olmaq üçün 10 min avro ödəməli olduğu hökmə baxmayaraq, o, valideynlik öhdəliklərindən yayınıb. Qızına, maliyyə durumu yaxşı olmayan anası baxır.
O, qızına layiqli həyat zəmanəti verə bilmir. Etoo isə onların dəstəyi daim geri çevirib.
Eto’o daha əvvəllər İspaniya məhkəməsində nikahdankənar doğulan başqa bir qıza aliment ödəməməkdə ittiham edilirdi.