- Offside
- 23:34 21.12.2025
Albaniya super kubokunun qalibi müəyyənləşib.
90deqiqe.az xəbər verir ki, həlledici oyun son çempion “Partizani” ilə azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası, ölkə kubokunun qalibi “Eqnatiya” qarşılaşıb.
Rəqibinə 0:1 hesabıyla uduzan futbolçumuzun komandası növbəti titulunu qazanmaq şansını əldən verib.
Vüsal bu matça start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 71-ci dəqiqədə sarı vərəqə də alıb.