- Offside
- 22:42 25.11.2024
Məşhur amerikalı boksçu (63,5 kq-a qədər) Rayan Qarsia sosial şəbəkələrdəki səhifəsində özü üçün iki hədiyyə alıb.
90deqiqe.az xəbər verir ki, 25 yaşlı boksçu özünə aldığı iki avtomobil fotosuna bunları yazıb:
“Bu Miladda özünüz üçün iki gözəl hədiyyədir. Çox zəhmət, çox fədakarlıq olub və bu, bəhrəsini verməlidir. Söhbət təkcə şeylərin maddi tərəfi ilə bağlı deyil, bu, əkdiyini necə biçdiyinin yalnız bir nümunəsidir. Şükürlər olsun, Allahım etdiyim hər işdə mənə güc verib, çox çalışmaq imkanı verib. Mən səni bütün qəlbimlə sevirəm”
Xatırladaq ki, Qarsiya son döyüşündə meksikalı Oskar Duarte ilə qarşılaşıb və ona səkkizinci raundda nokautla qalib gəlib.