- Offside
- 22:42 25.11.2024
"Real"ın prezidenti Florentino Peres, Avropa Super Liqa layihəsi ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, funksioner bu gün həm futbolun həm də azarkeşlərin qalib olduğunu bildirib:
"Biz bu gün qalib gəldik. Futbol, azarkeşlər və azadlıq qazandı. Futbol tarixi üçün çox önəmli bir gün oldu. Bu gündən etibarən futbol bir daha kimlərinsə monopoliyasına çevrilməyəcək.
Super Liqa hər kəs üçün açıq və ekonomikanı ayaqda saxlayan bir turnir olacaq. Uzun müddətdən sonra monopoliyaya son vermək elə də asan başa gəlməyəcək".