- Offside
- 22:42 25.11.2024
Norveçli qrossmeyster Maqnus Karlsen “Böyük üçlük”dən kimləri ən böyük tennisçi (isveçrəli Rocer Federer, ispan Rafael Nadal və serb Novak Cokoviç ) hesab etməsi ilə bağlı fikirlərini bölüşüb
90deqiqe.az “GothamChess” YouTube kanalına istinadən xəbər verir ki, şahmat üzrə 16-cı dünya çempionu seçim arasında qərarsız qaldığını bildirib.
“Australian Open”dən sonra Cokoviç mənim üçün ən böyük oldu.Oyun tərzinə gəlincə, bu Federer ola bilər, amma Nadalın oyun tərzini də həmişə xoşuma gəldiyini etiraf edirəm”.
Qeyd edək ki, Federer 2022-ci il mövsümündən sonra təqaüdə çıxıb və 2023-cü ilin demək olar ki, hamısını buraxan Nadal 2024-cü il mövsümünün onun sonuncu ola biləcəyini bildirib.