- Offside
- 22:42 25.11.2024
Britaniyanın “FourFourTwo” jurnalı 1980-ci illərin ən yaxşı futbolçularının reytinqini tərtib edib.
90deqiqe.az xəbər verir ki, argentinalı Dieqo Maradona o dövrün ən yaxşı futbolçusu seçilib. İkinci yerdə fransalı Mişel Platini qərarlaşıb. Üçüncü yeri Hollandiyanı təmsil edən Marko van Basten tutub.
Maraqlıdır ki, iki ukraynalı futbolçu ilk 20-liyə daxil olub. Nəşr Kiyev "Dinamo"sunun sabiq futbolçusu Oleq Bloxini 19-cu , onun komanda yoldaşı İqor Belanovu isə 18-ci yerdə qərarlaşdırıb.
FourFourTwo-ya görə 80-ci illərin ən yaxşı oyunçularının siyahısı:
1. Dieqo Maradona;
2. Mişel Platini;
3. Marko van Basten;
4. Ziko;
5. Frank Raykard;
6. Qaytano Skirea;
7. Franko Baresi;
8. Rud Qullit;
9. Karl-Heinz Rummeniqqe;
10. Ronald Kuman;
18. İqor Belanov;
19. Oleq Bloxin.