- Offside
- 22:42 25.11.2024
Superliqa layihəsi yenidən gündəmə gəlib. Artıq bir çox klublar bu turnirdə oynamaqdan imtina edib.
90deqiqe.az xəbər verir ki, PSJ, “Monako”, “Roma”, “Tottenhem”, “Mançester Siti”, “Çelsi”, Real Sosyedad”, “Atalanta”, “Borussiya”(Dortmund), “İnter”, “Bayer”, “Kopenhagen” və o cümlədən "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” da Superliqanı pisləyiblər.
"Mançester Yunayted”, “Atletiko”(Madrid), “Sevilya” və “Bavariya” da oxşar bəyanatlar verərək, UEFA-ya, Avropa futbolunun hazırkı inkişaf modelinə sadiq olduqlarını bəyan ediblər.
Superliqanı dəstəkləyən klublar da çıxıb. Belə ki, “Beşiktaş”, “Qalatasaray”, “Fənərbaxça” və “Napoli” bu turnirdə iştirak etmək istədiyini bildiriblər.