- Offside
- 22:42 25.11.2024
Əlcəzairdə idmançıları daşıyan avtobus qəza törədib.
90deqiqe.az xəbər verir ki, hadisə Liqa 1 təmsilçisi “El Bayad”ın ölkə çempionatının XI turunun “Kabilia” ilə səfər görüşünə yollanarkən yaşanıb
Köməkçi məşqçi Xalid Meftah və bu mövsüm iki matçda meydana çıxan 27 yaşlı qapıçı Zakaria Buuziani qəza nəticəsində dünyasını dəyişib. “El Bayad”ın daha 10 üzvü isə yaralanıb.
Faciə ilə əlaqədar yerli futbol federasiyası bütün liqalarda həftəsonu olan turu, həmçinin dekabrın 26-da keçirilməli olan Əlcəzair Kubokunun püşkatma mərasimini təxirə salıb.
El Bayadh Əlcəzair Liqasında 10 matçda 15 xalla 6-cı yerdədi.