25 oktyabr 2024. Cümə

Lionel Messi “ilin idmançısı” kateqoriyasında ikinci yeri bölüşdürüb

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “ilin idmançısı” kateqoriyasında ikinci yeri tutub


  • Offside
  • 10:58 22.12.2023
  • Oxunma sayı: 115
Lionel Messi “ilin idmançısı” kateqoriyasında ikinci yeri bölüşdürüb

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “ilin idmançısı” kateqoriyasında ikinci yeri tutub.

90deqiqe.az xəbər verir ki, o, “Associated Press” agentliyi tərəfindən aparılan sorğunun nəticəsində serbiyalı tennisçi Novak Cokoviçlə ikinci pilləni bölüşdürüb.

İlin idmançısı adına isə hamıdan çox səs toplayan yaponiyalı beysbolçu Syoxey Otani layiq görülüb. O, son üç ildə ikinci dəfə bu titula yiyələnib.

ABŞ-nin “Denver Niggets” klubunun və Serbiya millisinin basketbolçusu Nikola Yokiç dördüncü olub.







Offside