- Offside
- 22:42 25.11.2024
İngiltərə “Mançester Siti”si klublararası dünya çempionatının qalibi olub.
90deqiqe.az xəbər verir ki, “Şəhərlilər” həlledici matçda Braziliya klubu “Fluminense”yə 4 cavabsız qolla qalib gəlib.
1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.
Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə məğlub edən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.