7 fevral 2026. Şənbə

FİFA-nın yeni reytinq cədvəli açıqlandı - Millimiz hansı pillədədir?

2023-cü ildə milli komandaların reytinq cədvəlində ən çox xal toplayan komandaların adları açıqlanıb.


  • Offside
  • 10:59 23.12.2023
  • Oxunma sayı: 148
FİFA-nın yeni reytinq cədvəli açıqlandı - Millimiz hansı pillədədir?

2023-cü ildə milli komandaların reytinq cədvəlində ən çox xal toplayan komandaların adları açıqlanıb.

90deqiqe.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb. 

Azərbaycan yığmasının da mövqeyi müəyyənləşib.

Komandamız son reytinqlə müqayisədə yerini dəyişməyib. 1174.22 xala malik milli 114-cü pillədə qalıb.

Panama yığması 83,92 xalla lider olub.

Panama bunun sayəsində FİFA reytinqində 20 pillə yüksələrək ili 41-ci yerdə başa vurub.

Dünya üzrə ikinci nəticəni Moldova yığması göstərib – +63,72 xal. Komanda 19 pillə irəliləyərək FİFA reytinqində əhəmiyyətli irəliləyiş edərək 155-ci pilləyə yüksəlib.

Qazaxıstan dünyada beşinci, UEFA zonasında isə ikinci nəticə göstərib – +52,07 xal. Nəticədə FİFA reytinqində 100-cü yerə qalxıb.







Offside