- Offside
- 22:42 25.11.2024
Argentinalı superulduz Lionel Messinin imzası olan “İnter Mayami” futbolkası Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujniyə hədiyyə edilib.
90deqiqe.az xəbər verir ki, hədiyyəni ona tanınmış ukraynalı iş adamı Yuri Sapronov verib. Bu barədə Sapronov öz “Facebook” səhifəsində paylaşıb.
36 yaşlı futbolçu formada öz imzası ilə yanaşı formanı verdiyi şəxsin adını da qeyd edib: “Valeri”.
Sapronov bu yaxınlarda Mayamidə olduğunu və Sergey Krivtsovun köməyi ilə “İnter Mayami”nin məşqində iştirak edərək, orada Messidən avtoqraf aldığını bildirib.