25 oktyabr 2024. Cümə

“Arsenal”ın təklifinə belə reaksiya verdi - FOTO

Boks promouteri Frank Uorren “Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldoya “Arsenal”a keçməyi təklif edib.


  • Offside
  • 19:51 24.12.2023
  • Oxunma sayı: 125
“Arsenal”ın təklifinə belə reaksiya verdi - FOTO

Boks promouteri Frank Uorren “Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldoya “Arsenal”a keçməyi təklif edib.

90deqiqe.az xəbər verir ki, portuqaliyalı superulduz bu təklifə gülərək reaksiya verib.

Ronaldo Ər-Riyadda keçirilən "Haqq-hesab günü" adlı boks turnirinə qatılıb. Uorren bu an superulduza zarafatla belə deyib: “O, “Arsenal” ilə müqavilə imzalayır.” Bundan sonra portuqaliyalı gülüb.

Uorren daha sonra şəxsi "X" hesabında videonu tvit edərək sitat gətirib: "Bunun üzərində işləyirəm".

Xatırladaq ki,Ronaldo İngiltərə çempionatında “Mançester Yunayted”də çıxış edib. 2023-cü ildən futbolçu “Əl-Nəsr”də çıxış edən 38 yaşlı superulduz bu mövsüm bütün turnirlərdə 23 matça çıxıb, 21 qol vurub və 11 məhsuldar ötürmə edib.







Offside