25 oktyabr 2024. Cümə

Məşqçilərin Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsili davam edir

23-24 dekabrda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezeker iştirakı ilə məşqçilərin praktiki imtahanına hazırlıq məqsədi ilə seminar keçirilib.


  • Offside
  • 20:46 24.12.2023
  • Oxunma sayı: 86
Məşqçilərin Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsili davam edir

23-24 dekabrda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezeker iştirakı ilə məşqçilərin praktiki imtahanına hazırlıq məqsədi ilə seminar keçirilib.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.az-a verilən məlumata görə, məşğələlərdə Azərbaycanın müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan mütəxəssislər iştirak ediblər.

Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.

Məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.







Offside