25 oktyabr 2024. Cümə

"Bojoviçin aqibəti Rusiya klublarındakı kimi olacaq"

“Bakı klubu Bojoviç üçün pis variant deyil. “Neftçi” Azərbaycanın məşhur və güclü komandalarından biridir”.


  • Offside
  • 12:12 25.12.2023
  • Oxunma sayı: 127
"Bojoviçin aqibəti  Rusiya klublarındakı kimi olacaq"

“Bakı klubu Bojoviç üçün pis variant deyil. “Neftçi” Azərbaycanın məşhur və güclü komandalarından biridir”.

 

90deqiqe.az xəbər verir ki, bunu Rusiyanın “Lokomotiv” klubunun sabiq prezidenti Nikolay Naumov “Rusfootball.info” saytına açıqlamasında Miodraq Bojoviçin “Neftçi”nin baş məşqçi postuna təyinatına münasibət bildirərkən deyib.

41 yaşlı funksioner, Azərbaycanda monteneqrolu çalışdırıcıdan güclü məşqçi olmadığını ama Bakı klubunda çox qalmayacağını bildirib: “Onun yeni klubunda işinin necə alınacağı ilə bağlı dəqiq fikrim yoxdur. Bunadək rəhbərlik etdiyi klublarda əvvəlcə hər şey qaydasında gedib, amma bir-iki il sonra vəziyyət dəyişib. Bu, onun işlədiyi bütün komandalarında baş verib. Ona görə də Bojovicin “Neftçi”yə böyük töhfə verəcəyini düşünmürəm. Buna baxmayaraq, məşhur mütəxəssisdir. Onun “Neftçi”də yaxşı komanda quracağını indidən demək mümkün deyil. Düşünürəm ki, bir-iki ildən sonra aqibəti Rusiya klublarındakı kimi olacaq”.

Qeyd edək ki, Miodraq Bojoviç "Neftçi" ilə 6 ay + 1 illik müqavilə imzalayıb. O, karyerası ərzində Rusiyanın "Dinamo, "Lokomotiv" (hər ikisi Moskva) və Serbiyanın "Srvena Zvezda" kimi komandalarına başçılıq edib. 55 yaşlı mütəxəssisin “Neftçi”dən öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubu olub.







Offside