- Offside
- 22:42 25.11.2024
Avropa Super Liqası layihəsinin direktoru Bernd Reyxart açıqlama verib.
90deqiqe.az xəbər verir ki, o, layihənin hələ də həyata keçiriləcəyinə əmin olduğunu və klubların sanksiyalardan qorxmamasını bildirib:
“Avropa Super Liqasında oynamaq üçün 64 komandanı asanlıqla tapa biləcəyimizə əminik. Biz öz təklifimizi daha da yaxşılaşdırmaq istəyirik, çünki indi klubların sanksiyalardan qorxması lazım deyil. Bundesliqa, xüsusən də Premyer Liqa klubları təzyiq altındadırlar. Hesab edirik ki, təklifimiz klubların güclənməsi və daha bir dəstək qazanması üçün çox yaxşı fürsətdir”.
Qeyd edək ki, dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi FİFA və UEFA-nın klublara qarşı sanksiya tətbiq etmək hüququna malik olmadığı barədə qərar qəbul edib.Hazırda yalnız 2 klub yeni Avropa Super Liqasının yaradılmasını dəstəkləyir: “Real” və “Barselona”.