7 fevral 2026. Şənbə

Şeyxlər Yeni ildə ulduz futbolçulara görün nələr hədiyyə edəcəklər

Səudiyyə Ərəbistanı Pro Liqasının təşkilatçıları çempionatın ulduz futbolçularına Milad bayramı üçün dəbdəbəli hədiyyələr təqdim etmək niyyətindədirlər.


  • Offside
  • 22:16 25.12.2023
  • Oxunma sayı: 170
Şeyxlər Yeni ildə ulduz futbolçulara görün nələr hədiyyə edəcəklər

Səudiyyə Ərəbistanı Pro Liqasının təşkilatçıları çempionatın ulduz futbolçularına Milad bayramı üçün dəbdəbəli hədiyyələr təqdim etmək niyyətindədirlər.

90deqiqe.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Məlumatda, “Bizim yüksək səviyyəli ulduzlarımız var və onlar nadir hədiyyələrə layiqdirlər. Biz göstərmək istəyirik ki, onlar unikaldırlar. Milad bayramı bəzi oyunçular üçün çox yaxşı keçəcək”, -bildirilib.

Səudiyyə Ərəbistanının ən zəngin futbol komandaları öz ulduz futbolçularına – “Ferrari SF90 Spider”, “Lamborghini” və “Bugatti” avtomobilləri hədiyyə edəcəkləri gözlənilir.

Bununla yanaşı, dəyəri 345 min avrodan çox olan saatlar, həmçinin Fransanın “Yves Saint Lauren” brendindən çantalar hədiyyə olunacaq.







Offside