25 oktyabr 2024. Cümə

2023-cü ildə dünyanın ən yaxşı futbolçusu açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı futbolçusunu açıqlayıb.


  • Offside
  • 14:20 26.12.2023
  • Oxunma sayı: 103
2023-cü ildə dünyanın ən yaxşı futbolçusu açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı futbolçusunu açıqlayıb. 90deqiqe.az xəbər verir ki, bu “Mançester Siti”nin hücumçusu Erlinq Halanddır.

Norveçli oyunçu 208 səs toplayaraq ilin ən yaxşısı seçilib. O, “şəhərlilər”in heyətində bu il mümkün bütün titulları qazanıb.

İkinci yerdə PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb. İlk “üçlüy”ü isə "İnter Mayami"də çıxış edən Lionel Messi qapayıb.

1. Erlinq Haland (Norveç / “Mançester Siti”) – 208 xal

2. Kilian Mbappe (Fransa / PSJ) - 105

3. Lionel Messi (Argentina / PSJ, “İnter Mayami”) - 85

4. Rodri (İspaniya / “Mançester Siti”) - 55

5. Cud Bellinqem (İngiltərə / “Borussiya”, “Real”) - 34

6. Kevin de Bruyne (Belçika / “Mançester Siti”) - 27

7. Harri Keyn (İngiltərə / “Tottenham”, “Bavariya”) - 18

8. Bernardo Silva (Portuqaliya / “Mançester Siti”) - 9

9. Vinisius Junior (Braziliya / “Real”) - 8

10. Lautaro Martines (Argentina / “İnter”) - 7







Offside