- Offside
- 22:42 25.11.2024
Rusiyalı qrossmeyster Sergey Karyakin “Championt.com”un müxbiri Mixail Çesalinə şahmat üzrə beynəlxalq yarışların nə vaxt Rusiyaya qayıda biləcəyi haqda danışıb.
90deqiqe.az xəbər verir ki, o, bunun müharibə başa çatdıqdan sonra ola biləcəyini bildirib.
“Əgər biz qlobal miqyasda danışsaq, bu, müharibə başa çatdıqdan sonra mümkün olacaq. Amma indi də turnirlər lazımi səviyyədə keçirilsə, yaxşı mükafat fondu təmin edilsə, o zaman əcnəbilər gələcək – buna şübhəm yoxdur.
Bunda qlobal problem olduğunu düşünmürəm. Sadəcə, böyük turnirlər təşkil etmək lazımdır, qalanları da ardınca olacaq”