25 oktyabr 2024. Cümə

Futbolçunun yaşadığı binada partlayış - VİDEO

“Zenit”in qapıçısı Denis Adamovun Soçidə yaşadığı binada partlayış olub.


  • Offside
  • 23:10 26.12.2023
  • Oxunma sayı: 107
Futbolçunun yaşadığı binada partlayış  - VİDEO

“Zenit”in qapıçısı Denis Adamovun Soçidə yaşadığı binada partlayış olub.

90deqiqe.az xəbər verir ki, partlayış anını lentə alan müşahidə kamerasından videokadrları jurnalist İvan Karpov Teleqram kanalında paylaşıb.

Hadisə dekabrın 24-də axşam saatlarında Soçinin Trubaçov küçəsində baş verib. Adamovun mənzili beşinci mərtəbədə, iki nəfərin xəsarət aldığı partlayışın episentrinin yaxınlığında yerləşir.

Partlayış baş verən zaman evdə Adamov, həyat yoldaşı və yeddi aylıq oğlu olub. Partlayış dalğası pəncərə və qapıları dağıtsa da,  xoşbəxtlikdən mənzil sakinlərindən xəsarət alan olmayıb.

Videoda futbolçunun partlayışdan sonra qucağında uşaqla girişdən necə qaçdığı əks olunub.

Partlayış nəticəsində Adamovun icarəyə götürdüyü avtomobilə ciddi ziyan dəydiyi bildirilib.

“Soçi” təmsilçisi dərhal keçmiş qapıçısını müvəqqəti mənzillə təmin edib.







Offside