25 oktyabr 2024. Cümə

Sabiq futbolçu qaçırılması haqda danışdı

“Flamenqo”, “Korintians” və “Valensiya”nın keçmiş futbolçusu Marselino Karioka qaçırılmasından danışıb.


  • Offside
  • 23:24 26.12.2023
  • Oxunma sayı: 98
Sabiq futbolçu qaçırılması haqda danışdı

“Flamenqo”, “Korintians” və “Valensiya”nın keçmiş futbolçusu Marselino Karioka qaçırılmasından danışıb.

90deqiqe.az xəbər verir ki, 51 yaşlı Braziliya mediasına bildirib ki, cinayətkarlar ondan pul istəyiblər və  ona rus ruleti oynamağı bilməsi haqda soruşub.

“Dedilər ki, pul lazımdır. Bu hesabda pulun olmaması mümkün deyil. Futbolçuların pulu var. Heç rus ruleti oynamısınız? Və fırlanmağa başladı. Siz onun fırlandığını eşidirdiniz, amma heç nə görə bilmirdiniz”.

 Marselinyo polisin, onun saxlandığı otağa girərək xilas etdiyi anı belə izah edib: 

“Onu ata, qardaş, dost kimi qucaqladım. Çünki o, həyatını riskə atmışdı”

Qeyd edək ki, Marselino və sevgilisi dekabrın 16-da San-Pauluda oğurlanıblar. Cinayətkarlar ondan pul tələb ediblər.Oğurlandıqdan 36 saat sonra  sabiq futbolçu polis tərəfindən azad edilib.

Polis adam oğurluğunda şübhəli bilinən 4 nəfəri həbs edib, daha iki nəfəri axtarır.







Offside