25 oktyabr 2024. Cümə

Ronaldo 2023-cü ildə qol sayına görə liderdi

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının XVII turunda “Əl-İttihad”la oyunda dubla imza atıb.


  • Offside
  • 09:23 27.12.2023
  • Oxunma sayı: 84
Ronaldo 2023-cü ildə qol sayına görə liderdi

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının XVII turunda “Əl-İttihad”la oyunda dubla imza atıb.

90deqiqe.az xəbər verir ki, komandasının Ciddədəki qarşılaşmada 5:2 hesablı qələbəsinə iki penalti qolu ilə töhfə verən 38 yaşlı forvard 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

Hazırda superulduzun aktivində 53 top var. Portuqaliyalı oyunçu aktivində 52 qol olan Harri Keyn (“Bavariya”) və Kilian Mbappeni (PSJ) geridə qoyub.PSJ və "Bavariya" 2023-cü ildə bir daha oyun keçirməyəcək.

“Mançester Siti”nin forvardı Erlinq Haland isə bu il 50 dəfə rəqib qapılarına yol tapıb.







Offside