- Offside
- 00:36 07.02.2026
“Zenit”in müdafiəçisi Robert Renan öz toyunda göz yaşlarını saxlaya bilməyib.
90deqiqe.az xəbər verir ki, sevgilisi Kalin Santosla evlənən braziliyalı oyunçu sosial şəbəkədə paylaşdığı fotoda bu sözləri yazıb.
“Xəyalda yaşamaq. Mən səni sevirəm”
Qeyd edək ki, 20 yaşlı oyunçunun xidmətində İspaniyanın “Real” və İngiltərənin “Vest Hem” klubları maraqladır.
Futbolçunun Sankt-Peterburq klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
Rennan bu mövsüm “mavi-ağ-göylər”in heyətində bütün turnirlərdə 8 oyuna çıxıb.