- Offside
- 00:36 07.02.2026
Rusiyanın paytaxtı Moskvada keçirilən 29 ölkənin 4000-dən çox idmançısının çıxış etdiyi “wrpf” üzrə 9-cu dünya çempionatı keçirilib.
90deqiqe.az xəbər verir ki, bu güc idman növləri üzrə keçirilən yarışda Azərbaycanı Strong Men Federasiyasının vitse-prezidenti Namiq Cəfərov təmsil edib. O, “Strict Curl” hərəkətində 40-49 yaş kateqoriyasında 74 kq çəkini qaldıraraq həm qalib olub, həm də dünya rekorduna imza atıb.
Cəfərov idman karyerasında 5-ci dəfə dünya çemionu olub.