7 fevral 2026. Şənbə

Avropanın ən yaxşı idmançısı o seçildi

Serbiyalı tennisçi Novak Cokoviç Polşa Mətbuat Agentliyinin (PAP) Avropa xəbər agentlikləri arasında təşkil etdiyi ilin ən yaxşı idmançısı adı uğrunda 66-cı sorğunun qalibi olub.


  • Offside
  • 17:14 27.12.2023
  • Oxunma sayı: 143
Avropanın ən yaxşı idmançısı o seçildi

Serbiyalı tennisçi Novak Cokoviç Polşa Mətbuat Agentliyinin (PAP) Avropa xəbər agentlikləri arasında təşkil etdiyi ilin ən yaxşı idmançısı adı uğrunda 66-cı sorğunun qalibi olub.

90deqiqe.az xəbər verir ki, 33 yaşlı raketka ustası səsvermədə Formula 1 üzrə üçqat dünya çempionu Maks Ferstappeni və dayaqla tullanma üzrə Olimpiya çempionu və dünya rekordçusu Armand Duplantisdən (İsveç) üstün olub.

Cokoviç artıq beşinci dəfə bu mükafata layiq görülüb. Tennisçi əvvəllər 2011, 2015, 2018 və 2021-ci illərdə ən yaxşı kimi tanınıb.

Səsvermənin nəticələri

  1. Novak Cokoviç (Serbiya, tennis) – 178 xal.
  2. Maks Ferstappen (Niderland, Formula 1) – 150.
  3. Armand Duplantis (İsveç, dayaqla tullanma) – 86.






Offside