- Offside
- 00:36 07.02.2026
Dağıstanlı İslam Maxaçev ESPN-in versiyasına görə 2023-cü ilin ən yaxşı döyüşçüsü seçilib.
90deqiqe.az xəbər verir ki, 32 yaşlı döyüşçü UFC- də iki döyüşə çıxıb. O, oktyabrın 21-də baş avstraliyalı Aleksandr Volkanovski ilə baş tutan görüşdən qalib ayrılıb. İslam Maxaçev çəki dərəcəsindən asılı olmayaraq yüksəlişə nail olan ən yaxşı döyüşçüləri reytinqində 1-ci yerdə qərarlaşıb.
Həmçinin İslamla Aleksandr Volkanovski arasında fevralın 12-də baş tutan ilk döyüş 2023-cü ilin ən yaxşısı kimi tanınıb. Döyüş beş raund davam edib və sonunda hakimlər yekdilliklə Maxaçovanın qalib gəldiyini bildiriblər.
İslam Maxaçev MMA-da ümumilikdə 26 döyüşə çıxıb və 25 qələbə qazanıb.