7 fevral 2026. Şənbə

"Mənimlə döyüşmək Konor üçün ağıllı variant deyil"

Amerikalı UFC döyüşçüsü Maykl Çendler irlandiyalı Konor Makqreqora qarşı mümkün döyüşdən danışıb.


  • Offside
  • 21:19 27.12.2023
  • Oxunma sayı: 157
"Mənimlə döyüşmək Konor üçün ağıllı variant deyil"

Amerikalı UFC döyüşçüsü Maykl Çendler irlandiyalı Konor Makqreqora qarşı mümkün döyüşdən danışıb.

90deqiqe.az xəbər verir ki, Çendler Stiv Ou ilə müsahibəsində Konorun ondan qorxduğunu bildirib

“Konorun oktaqona qayıtması və mənimlə döyüşməməsi hamı üçün pis olar. Konor geri qayıdıb tələblər irəli sürməyə başlaya bilər: “Mən bu oğlanla döyüşmək istəyirəm”.Amma onun yerində olsaydım, mən də bunu edərdim. Çünki mənimlə döyüşmək Konor üçün ağıllı variant deyil.İndi Makqreqor gözləmə mövqeyindədir. O, mənim bu mübarizədən əl çəkməyimi və başqası ilə döyüşmək istədiyimi söyləməyimi gözləyir. Bundan sonra Konor özünə daha asan rəqib tapa biləcək – məsələn, Neyt Diaz”

Qeyd edək ki, Çendler və Makqreqor “The Ultimate Fighter” UFC realiti-şousunun son mövsümündə üz-üzə gəlməlidirlər.







Offside