- Offside
- 00:36 07.02.2026
Ralf Şumaxer böyük qardaşı, yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin tam sağalma ehtimalından danışıb.
90deqiqe.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, bildirib ki, bu faciə onların ailəsini çox dəyişib.
“…Təəssüf ki, həyat heç də həmişə ədalətli olmur və müəyyən uğursuzluqlar yaşayırsan”
Ralf, tibbin qabaqcıl imkanlarına baxmayaraq, qardaşının normal həyat yaşaya bilməyəcəyini bildirib.
2013-cü ilin qışında Şumaxer Fransanın Meribel kurortunda xizək sürərkən beyin zədəsi alıb. Aldığı xəsarətdən sürücü komaya düşüb və bir neçə dəfə əməliyyat olunub.