- Offside
- 22:42 25.11.2024
Yaponiyalı boksçu Naoya İnoue ikinci dəfə aşağı çəki dərəcəsində (55,22 kq-a qədər) mütləq dünya çempionu olub.
90deqiqe.az xəbər verir ki, Tokioda keçirilən görüşdə 30 yaşlı boksçu filippinli Marlon Tapalesi məğlub edib. Döyüş onuncu raundda nokautla yekunlaşıb.
İnoue Dünya Boks Şurası (WBC) və Ümumdünya Boks Təşkilatı (WBO) titullarını qorumaqla yanaşı qalib gəldiyi rəqibi Tapalesdən Beynəlxalq Boks Federasiyası (IBF) və Dünya Boks Assosiasiyasının (WBA) çempionluq kəmərlərini alıb.