25 oktyabr 2024. Cümə

Məşhur tennisçi onun kimi 40 yaşa qədər oynamaq istəyir

Serbiyalı tennisçi Novak Cokoviç daha uzun müddətə peşəkar şəkildə oynamaq istədiyini açıqlayıb.


  • Offside
  • 13:36 28.12.2023
  • Oxunma sayı: 87
Məşhur tennisçi onun kimi 40 yaşa qədər oynamaq istəyir

Serbiyalı tennisçi Novak Cokoviç daha uzun müddətə peşəkar şəkildə oynamaq istədiyini açıqlayıb.

90deqiqe.az xəbər verir ki, 36 yaşlı raketka ustası bunu “Reuters”ə müsahibəsində deyib. Dünya birincisi, NFL-də 23 mövsüm keçirən və bu ilin fevralında ikinci dəfə karyerasını yekunlaşdıran 46 yaşlı amerikalı futbolçu Tom Bredli kimi 40-a və ya bəlkə də ondan da yuxarı karyeraya sahib ola biləcəyini bildirib:

“O, özünə qulluq etmək, sağalmaq, bədəninin və zehninin hər tərəfini əhatə etmək üçün çox vaxt sərf etdi ki, bu da ona uğurlu karyera əldə etməyinə  imkan verdi. Mən onu şəxsən tanıyıram və ondan çox şey öyrəndim Ümid edirəm ki, 40 yaşıma qədər, bəlkə də daha uzun müddət davam edən karyeram ola bilər”.

Qeyd edək ki, Novak karyerası ərzində ümumilikdə 98 Peşəkar Tennis Assosiasiyası (ATP) turnirinin qalibi olub.







Offside