- Offside
- 22:42 25.11.2024
Kolumbiyalı futbolçu Xames Rodriges Qətərin “Əl-Rayyan” klubunda keçirdiyi dönəm haqqında danışıb.
90deqiqe.az xəbər verir ki, 32 yaşlı futbolçu Qətərəyə uyğunlaşmağa çətinlik çəkdiyini bildirib:
“Qətər mədəniyyəti çox mürəkkəbdir. Bu ölkəyə uyğunlaşmaq çətindir. Bilirsiniz, futbolda hamı duş qəbul edəndə paltarını çıxarır. Və məni qorxutdular ki, bu mümkün deyil.
Orada hamı əli ilə yemək yeyir, bu da mənim üçün xoşagəlməz bir şey idi. Hamı əlini boşqaba salıb yeyir, sonra isə bu yeməyi mənə ötürdülər, amma mən razılaşmadım. Onlar dəlidir”.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Qətər təmsilçisinə keçən təcrübəli futbolçu bu klubda cəmi 16 oyuna çıxıb.