- Offside
- 20:57 15.04.2026
Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti postuna yeganə namizədin kim olacağı dəqiqləşib.
90deqiqe.az yerli mətbuata istinadən xəbər verir ki, 47 yaşlı Andrey Şevçenko UAF-ın bütün daimi üzvləri tərəfindən dəstəklənib.
Seçki yanvarın 25-də keçiriləcək.
Qeyd edək ki, sabiq futbolçu İtaliyada "Milan", İngiltərədə "Çelsi", ölkəsində "Dinamo" klubunun formasını geyinib.