- Offside
- 22:42 25.11.2024
ABŞ-a qaçan rusiyalı qılıncoynadan Sergey Bide və həyat yoldaşı Violettanı həbs cəzası gözləyir.
90deqiqe.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb .
Məlumatda, idmançıları on ilə qədər həbs gözlədiyi vurğulanıb.
Qeyd edək ki, adıçəkilən idmançılar sentyabr ayında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsi (“Hüquq bölməsini və ya xidmət yerini icazəsiz tərk etmə”) ilə axtarışa verilib.
İdmançılar Rusiya tərəfinin razılığı olmadan ABŞ-da yarışlarda iştirak edərək reqlamenti pozublar.
Sergey Bida 2020-ci il Tokio Olimpiadasında qılıncoynatma üzrə komanda turnirinin gümüş mükafatçısıdır. O, həm də komandanın heyətində 3 dəfə Avropa çempionu olub. Violetta Bida komanda şpaqa turnirində Dünya Çempionatında və Avropa Çempionatında gümüş medallara sahibdir.