- Offside
- 21:30 25.11.2024
Bu gün Ukraynanın Lvov şəhərinə səhər saatlarında ruslar tərəfindən kütləvi raket hücumu atılıb.
90deqiqe.az xəbər verir ki, həmin raket hücumunun nəticəsində milli komandanın və bir sıra yerli klubların keçmiş basketbolçusu Viktor Kobzisti həlak olub. Bu barədə Lvov Şəhər Şurasının idman departamentinin rəhbəri Anton Nikulin öz “Facebook” məlumat verib:
“Bu gün şəhərimizin raketlərlə məkrli atəşə tutulması zamanı ukraynalı basketbolçu, məşqçi, Ukraynanın beynəlxalq dərəcəli idman ustası Viktor Kobzisti həlak olub. Yaxınlarına başsağlığı diləyirəm”.
Qeyd edək ki, 2011-ci ildə karyerasını bitirən 44 yaşlı sabiq basketbolçu karyerası ərzində “Azovmaş”, “Budivelnik” və “Dnepr” klublarında oynayıb. 2011-ci ildə Ukrayna çempionu olub. Ukrayna milli komandasının heyətində 2001 və 2005-ci illərdə iki Avropa çempionatında iştirak edib. Son olaraq o, “Dinamo”nun (Kiyev) qadınlardan ibarət komandasının baş məşqçisi olub.