25 oktyabr 2024. Cümə

Atasından bu məsləhəti alırmış

Ağır çəkidə WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu olan ukraynalı Aleksandr Usik maraqlı açıqlama verib.


  • Offside
  • 21:59 29.12.2023
  • Oxunma sayı: 93
Atasından bu məsləhəti alırmış

Ağır çəkidə WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu olan ukraynalı Aleksandr Usik atası ilə bağlı maraqlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki,  36 yaşlı döyüşçü uşaqlıqda atasından aldığı məsləhətlərdən danışıb:

“Bir çox insan məndən, böyüyəndə nə olmaq istədiyimi soruşdu. Bir gün evə gəldim və atamdan soruşdum: “Qulaq as, mənim nə olmağımı istəyirsən?” Cavab verdi ki, ilk növbədə yaxşı, normal insan olmaq lazımdır. Sonra sən özün üçün xəyal etdiyin hər şeyə nail olacaqsan”.

Qeyd edək ki, Aleksandr Usikin atası 2012-ci ildə infarktdan dünyasını dəyişib. Aleksandr Anatolyeviç, 2012-ci ildə Londonda keçirilən Olimpiadada oğlunun zəfərini görsədə, onu şəxsən təbrik edə bilməyib.







Offside