25 oktyabr 2024. Cümə

Cari mövsümün ilk yarısının ən yaxşı klub məşqçilərinin adları məlum olub – SİYAHI

“Goal” nəşri 2023/2024 mövsümünün ilk yarısının ən yaxşı klub məşqçilərinin adlarını dərc edib.


  • Offside
  • 16:04 30.12.2023
  • Oxunma sayı: 80
Cari mövsümün ilk yarısının ən yaxşı klub məşqçilərinin adları məlum olub – SİYAHI

“Goal” nəşri 2023/2024 mövsümünün ilk yarısının ən yaxşı klub məşqçilərinin adlarını dərc edib.

90deqiqe.az xəbər verir ki, siyahıya Almaniya “Bayer 04”nin çalışdırıcısı Xabi Alonso liderlik edir.

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda çıxış edən Leverkuzen təmsilçisinin mövsüm ərzində hələ də məğlubiyyət üzü görməməsi 42 yaşlı mütəxəssisin digərlərindən fərqləndirib.

15 məşqçinin yer aldığı siyahıda İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi  Xosep Qvardiola son pillədə yer alıb.

1. Xabi Alonso (“Bayer 04”, Almaniya)

2. Unay Emeri (“Aston Villa”, İngiltərə)

3. Miçel (“Jirona”, İspaniya)

4. Tiaqo Motta (“Bolonya”, İtaliya)

5. Anqe Postekoqlu (“Tottenhem”, İngiltərə)

6. Simone İnzaqi (“İnter”, İtaliya)

7. Sebastyan Heness (“Ştutqart”, Almaniya)

8. Yurgen Klopp (“Liverpul”, İngiltərə)

9. Françesko Farioli (“Nitsa”, Fransa)

10. Mikel Arteta (“Arsenal”, İngiltərə)

11. Karlo Ançelotti (“Real”, İspaniya)

12. Peter Bos (PSV, Niderland)

13. Dieqo Simeone (“Atletiko”, İspaniya)

14. İmanol Alquasil (“Real Sosyedad”, İspaniya)

15. Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə)







Offside