- Offside
- 21:30 25.11.2024
Gənclər və İdman Nazirliyinin, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbinin və “Amasiya” İdman Kompleksinin təşkilatçılığı ilə 2014-2015-ci il təvəllüdlü futbolçular arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş turnir keçirilib. 90deqiqe.az xəbər verir ki, yarışın qalibi “Neftçi”nin U-10 komandası olub.
İslam Kərimovun yetirmələri final matçında “Amasiya”nı 5:1 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıblar. Adıçəkilən komandanın heyətində qollardan 2-ni Mehdi Mərdanov, hərəyə 1-ni Raul Pənahov və Azər Xankişiyev vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.
Turnirdə 3-cü yeri ROFM tutub.
“Neftçi” üzvlərindən Mehdi Mərdanov turnirin bombardiri adına yiyələnib, Raul Pənahov isə ən texnikalı oyunçu seçilib.
Kubok və medalları mükafatçılara “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov, klubun Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov və digər veteran futbolçular təqdim ediblər.